Cümə, 03 May

"Sabah" klubu "Qəbələ"yə qalib gələrək vahid lider oldu

image

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Xəbər verilir ki, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb. 1 oyun az keçirən "Qarabağ"ın da 3 xalı var.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15